Tikanlı yollar

Dedim görəbilsəm candan çıxacaq,
Bu meyxarəliyim, acı mehnətim.
Bilmədim görüncə başa çatacaq,
Piyalə saymadan ömür fürsətim.

Çatam vüsalına yollar gəzmişəm,
Dəliydim görüncə dəlilənmişəm.
Onu axtarırkən özüm itmişəm,
Dənizdən susuzluq olub qismətim.

Hörülən zülfünə asdın yarını,
Çaladan quyuya saldın yarını,
Ərşidən fərşlərə atdın yarını,
Avarə məcnunam, səhra ibrətim.

Dedim görsəm yarı tapılar çara,
Bir təbəssümünə toxdayar yara,
Sözüm ayrılığa, həmdəmim tara,
Gec oldu təbibə, ölüm niyyətim.

Necə alovlanıb yandım odunda
Tikanlı yolları qaçdım yolunda,
Gorumu əlimlə qazdım sonunda,
Nəfəsim küssədə,küsməz həsrətim.

Bunu deyəcəktim dilim tutmadı,
Düyün boğazımda sözə susmadı.
Könlüm uduzsada,aglım azmadı,
Azərbaycanlıyam vətən qeyrətim.

Tikanlı yollarda can əlimdəymiş,
Yolayrıcılarda yar mənimləymiş.
Cəhanı gəzmişəm su kuzədəymiş,
Qarabağ adlanan doğru cənnətim.

Gəl tut əllərimi azaq yolları,
Əl ələ dolanıb,qaçaq yolları,
Bərabər axıra çataq yolları,
Arazı dərtlərə atan millətim.

Yorumlar

Bu yazıya henüz yorum yapılmamış. İlk yorum yapan siz olun.

Yorum Yaz

Diğer Yazılar

ARAZ      AZ

ARAZ AZ

VASIYYET

06.03.2018

VəsiyyətCanım azadlığa olursa fəda...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

EY ŞAH

30.01.2018

Ey ŞahEy dişi qizildan gülən sultanım,...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

ACI TEBESSÜM

06.01.2018

Acı təbəssümYəqin bil, duşməyib isti-soyuğa...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

Yiyəsiz Insan

25.12.2017

Yiyəsiz insanGəlincə dünyaya soran olmadı...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

ŞAM

14.12.2017

ŞamOd tutdu qanadım röyalarımla,...


Devamını Gör